15.11.2025
15 noyabr tarixində M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə "Dirçəlişə aparan yol" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının suverenliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Sükut anından sonra muzey əməkdaşlarının çıxışları dinlənilib.
İlk olaraq M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları Şamama Qocayeva və Lalə Eyubova çıxış edərək 17 Noyabr Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən, xalqımızın azadlıq uğrunda mübarizəsindən və bu günün milli birlik və oyanışın rəmzi olmasından danışıblar.
Sonra Qazax Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Arzu Alıyeva çıxış edərək Milli Dirçəliş Gününün Azərbaycan tarixində tutduğu önəm, milli azadlıq hərəkatının gedişi və müstəqilliyimizin bərpasına təsiri barədə ətraflı məlumat verib.
Tədbir həm tarixi maarifləndirici məruzələrlə, həm də bu günün mənəvi dəyərini vurğulayan çıxışlarla yadda qalıb.